Mayın 17-də saat 05 radələrində Cəlilabad RPŞ-nin əməkdaşlarının Cəlilabad rayonu, Əliqasımlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq əldə edib, saxlanılmasında və daşınmasında şübhəli bilinən 1981-ci il təvəllüdlü Ələkbərov Bayram Cümşüd oğlu və 1981-ci il təvəllüdlü Məmmədov Ramin Ərşad oğlu ilə sonuncunun idarə etdiyi “VAZ-21099” markalı avtomobil saxlanılıb.
"Protest"ın məlumatına görə, RPŞ-də Ramin Məmmədovun üzərində şəxsi axtarış aparılarkən geyimindən marixuanaya bənzər kütlə, narkotik vasitə olan heroinə bənzər kütlə və metadon həbləri aşkar edilərək götürülüb,.Bayram Ələkbərov və Ramin Məmmədov tərəfindən CM-in 234.1 ci maddəsi ilə nəzərdə tutulan cinayətin bilavasitə törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan onlar şübhəli şəxs qismində tutulub.
Cəlilabad RPŞ-də CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq davam etdirilir.
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00