Bakıda Türkiyə vətəndaşından oğurluq edilib

Bakıda restorandan oğurluq edilib.

Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən restoranlardan birində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Gümen Azizə məxsus restorandan 340 manat dəyərində mobil telefon və 20 manat pul oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.

Çox oxunanlar