Fermada tapılan “cəbbəxana” ilə bağlı maraqlı TƏFƏRRÜAT: Sahibi ata görə qonşusuna atəş açıb

Goranboyda silah-sursat aşkarlanan fermanın sahibi ilə bağlı maraqlı təfərrüat üzə çıxıb.Ferma sahibi Mətləb Məmmədov bir neçə gün əvvəl ailə üzvləri ilə birlikdə həmkəndlisinin evinə basqın edərək, ona xəsarət yetiribmiş.
Belə ki, aprelin 7-də Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, 1962-ci il təvəllüdlü Mətləb Məmmədov, onun övladları - 1993-cü il təvəllüdlü Surət Məmmədov, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Mətləb Məmmədovun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Şəfiqə Əliyeva 2006-cı il təvəllüdlü Asəf Yunislinin evinə gələrək orada sonuncu və ailə üzvləri ilə münaqişə edib, Surət Məmmədov avtomobildə olan ov tüfəngindən havaya atəş açıb.
Hadisə nəticəsində odlu silahdan deyil, əlbəyaxa münaqişə nəticəsində xəsarət alan bir neçə nəfər xəstəxanaya müraciət edib, vəziyyətləri normaldır.
Mətləb Məmmədov, Surət Məmmədov və Samir Məmmədov saxlanılıblar. Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Məlumata görə, hadisəyə səbəb Mətləb Məmmədovun Asəf Yunislinin evinin yaxınlığındakı əkin sahəsində at bağlaması olub. A.Yunisli M.Məmmədovdan atı orada bağlamamasını tələb edib. Buna görə tərəflər arasında mübahisə yaranıb. M.Məmmədov qarşı tərəfə söyüş söyüb, Asəf isə buna cavab olaraq Mətləbi itələyib. Hadisə zamanı Mətləb gözündən xəsarət alaraq evə gedib. Daha sonra isə ailə üzvləri ilə birlikdə A.Yunislinin evinə basqın edib.

Çox oxunanlar