Təbii qaz üçün sabit tarif olacaq - QƏRAR

“Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 18 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.

protest.az xəbər verir ki, qərarda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təklifi nəzərə alınaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası qərara alır:
1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii qazın ölkədaxili tarifləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.2-ci bəndə aşağıdakı məzmunda 4.2.3-1-ci yarımbənd əlavə edilsin:

4.2.3-1.Dəmir filizlərinin və konsentratlarının aqlomerasiyası (pelletləmə) və birbaşa reduksiya/bərpa texnologiyası ilə dəmir istehsalı sahəsimin m3200,6
1.2. aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:
6.Sabit tarif (hər ay üçün)  
6.1.Əhali və məişət qaz qurğuları istifadə edən qeyri-əhaliabonent1,0 
6.2.Sənaye qaz qurğusu istifadə edən qeyri-əhaliabonent3,0 
2. Bu Qərar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.

Çox oxunanlar