Bayram öncəsi Azərbaycan bazarlarında BAHALAŞMA

Yeni ilin gəlişinə artıq sayılı günlər qalıb. Bayram öncəsi günlərdə meyvə-tərəvəz və çərəz bazarında ümumi bahalaşma müşahidə olunur. Məlumata görə, hazırda məhsullar həm paytaxtda, eləcə də rayonlarda əvvəlki aylara nisbətən xeyli bahalaşıb. Alıcılar bildirirlər ki, xüsusilə Bakı bazarlarında qiymətlər “əl yandırır”, yəni məhsullar çox yüksək qiymətə təklif olunur.
Mövzu ilə bağlı protest.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli də bayram öncəsi günlərdə meyvə, tərəvəz və çərəz bazarında qiymətlərin artdığını təsdiqləyib.

O, mövcud bahalaşmanın səbəbini belə izah edib:

“Bunun əsas səbəbləri arasında hava şəraitinin dəyişməsi, güclü yağış və dolunun bir çox bağlara ziyan vurması, məhsuldarlığın azalması və nəticədə bazarda təklifin aşağı düşməsi, yəni qıtlıq göstərilir .
Bahalaşmanı artıran digər faktor isə logistika və saxlama xərclərinin yüksəlməsidir. Daşıma, soyutma və anbarlaşdırma xərcləri artdığı üçün qiymətlərə əlavə yük düşür və bu, paytaxt bazarlarında daha kəskin görünür. Bununla yanaşı, ölkədən meyvə-tərəvəz ixracının rekord səviyyəyə çatması daYeni ilin gəlişinə artıq sayılı günlər qalıb. Bayram öncəsi günlərdə meyvə-tərəvəz və çərəz bazarında ümumi bahalaşma müşahidə olunur. Məlumata görə, hazırda məhsullar həm paytaxtda, eləcə də rayonlarda əvvəlki aylara nisbətən xeyli bahalaşıb. Alıcılar bildirirlər ki, xüsusilə Bakı bazarlarında qiymətlər “əl yandırır”, yəni məhsullar çox yüksək qiymətə təklif olunur.

Çox oxunanlar