Manatın nominal effektiv məzənnəsi azalıb

Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,4 bənd təşkil edib.
Bu barədə protest.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, aylıq müqayisədə 1,5 bənd az, ilin əvvəli ilə müqayisədə 4,8 bənd az, ötən il mayın 1-nə nisbətən 0,4 bənd azdır.
Bu il aprelin sonuna manatın real effektiv məzənnəsi isə 118,7 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,4 bənd az, ilin əvvəli ilə müqayisədə 6,4 bənd az, ötən il aprelin sonuna nisbətən 3,1 bənd azdır.

Xəbər lenti
Çox oxunanlar