Azərbaycandan Ermənistana 7 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycandan tranzit keçəcək
protest.az-ın əldə etdiyi məlumata görə, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti buğda tədarükü həyata keçiriləcək.
Məlumata əsasən, 7 vaqon olmaqla ümumilikdə 490 ton buğda iyunun 16-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.
Yükün daha sonra Azərbaycan ərazisindən tranzit keçərək Ermənistana çatdırılması nəzərdə tutulur.

Çox oxunanlar