Böyük Britaniyanın ictimai yayımçısı olan BBC genişmiqyaslı ixtisarlara hazırlaşır.
protest.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Məlumata görə, BBC xərclərin azaldılması strategiyası çərçivəsində təxminən 2 min iş yerini ixtisar etməyi planlaşdırır. Bu addım nəticəsində qurumun yüz milyonlarla funt sterlinq qənaət etməsi nəzərdə tutulur.
Mənbələrin bildirdiyinə görə, BBC-nin bölmələrinə xərcləri təxminən 10 faiz azaltmaq tapşırılıb.
İxtisarların xüsusilə xəbər xidmətlərinə ciddi təsir göstərəcəyi gözlənilir. Belə ki, BBC-nin 20 mindən çox əməkdaşının təxminən dörddə biri məhz xəbər bölməsində çalışır.
Bildirilir ki, dəyişikliklər radio proqramlarını da əhatə edəcək. Tamaşaçı və dinləyicilərin yaxın vaxtlarda aparılan restrukturizasiyanın nəticələrini hiss edəcəyi gözlənilir.
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
13-06-2026, 18:00