18 yaşlı idmançımız Azərbaycanın boks tarixinə düşüb

Millinin 18 yaşlı boksçusu Bilalhəbaşi Nəzərov Azərbaycanın boks tarixinə düşüb. Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, idmançı bu uğura Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında imza atıb. B.Nəzərov gənclər arasında iki dəfə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan boksçusu olub.
Astara boks məktəbinin yetirməsi hər iki qızıl medalı millinin baş məşqçisi Elbrus Rzayevin rəhbərliyi altında əldə edib.
Qeyd edək ki, U-19-ların Avropa çempionatında Azərbaycan millisi 5 medal (1 qızıl, 1 gümüş, 3 bürünc) qazanmaqla 16 illik tilsimi də qırıb.

Çox oxunanlar