Santuş millinin heyətini açıqladı

Millimizin baş məşqçisi Fernandu Santuş bugün keçirilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Portuqaliyalı mütəxəssisin sentyabrın 1-dən təlim-məşq toplanışına başlayacaq heyətə dəvət etdiyi oyunçuların adlarını təqdim edir: 
Qapıçılar: Rza Cəfərov (Neftçi), Şahrudin Məhəmədəliyev (Qarabağ), Aydın Bayramov (Zirə)


Müdafiəçilər: Abbas Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Elvin Cəfərquliyev, Toral Bayramov ("Qarabağ"), Qismət Alıyev (Zirə), Elvin Bədəlov (Neftçi), Cəlal Hüseynov (Arda, Bolqarıstan), Rəhman Daşdəmirov (Sabah), Anton Krivotsyuk  (Daejeon Hana Siti, Cənubi Koreya), 
Yarımmüdafiəçilər: İsmayıl İbrahimli, Ceyhun Nuriyev (hər iksi Zirə), Səbuhi Abdullazadə (Sumqayıt), Emin Mahmudov (Neftçi), Anatoli Nuriyev (Sabah), Ozan Kökçü (Volendam, Niderland), Şahin Şahniyarov (Qəbələ)
Hücumçular: Xəyal Əliyev (Sabah), Nəriman Axundzadə, Musa Qurbanlı (hər iksi Qarabağ), Renat Dadaşov (Motor, Polşa), Mahir Emreli (Kayzerslautern, Almaniya) 
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda İslandiya yığması ilə, sentyabrın 9-da isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.

Çox oxunanlar