UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında "Qarabağ" Macarıstanda "Ferentsvaroş" üzərində qələbə əldə edib.
Budapeştdəki "Qroupama Arena" stadionunda keçirilən qarşılaşma 3:1 hesabı ilə başa çatıb.
Oyun 29-cu dəqiqədə Barnabas Varqanın qoluyla başlayıb və meydan sahibləri hesabda önə keçib. Lakin ikinci hissədə Ağdam təmsilçisi toparlanaraq 50-ci dəqiqədə Marko Yankoviçin qolu ilə hesabı bərabərləşdirib. 67-ci dəqiqədə Kevin Medina "Qarabağ"ı önə çıxarıb, 85-ci dəqiqədə isə Musa Qurbanlı yekun nəticəni müəyyənləşdirib – 3:1.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu matçın nəticəsinə görə qalib UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq, məğlub tərəf isə Avropa Liqasına qatılacaq.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00