"Sumqayıt" səfərdə böyük hesabla qələbə qazandı

Misli Premyer Liqasında sonuncu - XXXVI turunda "Sumqayıt" "Səbail"ə qalib gəlib.
protest.az xəbər verir ki, “ASCO Arena”dakı qarşılaşmada qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.
Meydan sahiblərinin heyətində Suleyman Alluş (21) fərqlənib. "Gənclik şəhəri" təmsilçisinin qollarını isə Sərdar Taşkın (28), Giorgi Karaişvili (pen-59), Ronaldo Vaskes (79) və Roy Kehat (90+1) vurublar.
22 xalla sonuncu - onuncu pillədə qərarlaşan Bakı klubunun I Liqaya düşəcəyi dəqiqləşib. "Sumqayıt" 33 xalla səkkizincidir.

Xəbər lenti
Çox oxunanlar