protest.az xəbər verir ki, Sadiq Mustafazadə (92 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə ilk turda israilli Uri Kalaşnikova qalib gəlib - 7:4.
Ceyhun Allahverdiyev (61 kq) təsnifat mərhələsində bolqarıstanlı Dimitar Biserkova (10:0), 1/4 finalda isə Nahşon Qarretə (15:5) tam üstünlüklə qalib gəlib. Yarımfinalda digər ABŞ təmsilçisi Devan Törnerə 2:4 hesabıyla məğlub olan Ceyhun bolqarıstanlı Denis Naimi vaxtından əvvəl (10:0) üstələyərək turniri bürünc medalla başa vurub.