Xanım boksçumuz Avropa Oyunlarında mübarizəni dayandırdı

Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünə çıxıb.
"Protest" xəbər verir ki, ilk qarşılaşmasında Tatevik Xaçatryanu (Ermənistan) məğlub edən yığmamızın üzvü 1/4 finalda Amina Zidani (Fransa) ilə gücünü sınayıb.Döyüş rəqibin 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) qələbəsi ilə başa çatıb və təmsilçimiz yarışla vidalaşıb.

Xəbər lenti
Çox oxunanlar