İkardiyə 100 milyonluq maaş təklif edildi

Səudiyyə Ərəbistanının "Al Taawon" klubu Mauro İkardi üçün astronomik rəqəm təklif edib.
BAKU.WS xəbər verir ki, bu mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edən və çempion adını qazanan argentinalıya 3 il üçün 100 milyon avroluq təklif göndərilib.
PSJ ilə müqaviləsi 2024-cü ildə başa çatacaq İkardi bu təklifə hələlik cavab verməyib.
Bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 26 matçda 23 qol vuran və 8 məhsuldar ötürmə verən İkardi ümumilikdə 31 qola imza atıb.

Xəbər lenti
Çox oxunanlar