Keniyalı atlet qadınlar arasında qaçışda dünya rekordunu yeniləyib

Olimpiya və dünya çempionu keniyalı atlet Faith Kipyeqon qadınlar arasında 1500 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyib.

Protest.az xəbər verir ki, olimpiya və dünya çempionu keniyalı atlet Faith Kipyeqon qadınlar arasında 1500 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyib. İtaliyanın Florensiya şəhərində keçirilən Brilyant Liqasının üçüncü mərhələsində trasa çıxan Kipyeqon qadınlar arasında 1500 metr məsafəyə qaçışda 3 dəqiqə 49,11 saniyə nəticə ilə qalib gələrək dünya rekordunun yeni sahibi olub.

Kipyeqon 2015-ci ildən bu yana rekorda sahib olan efiopiyalı Genzebe Dibabanı 3,50,07 göstərici ilə geridə qoyub.

Xəbər lenti
Çox oxunanlar