“Barselona”nın yeni kapitanı kim olacaq?

Robert Levandovski və Ronald Arauxo “Barselona”nın yeni kapitanları ola bilərlər.
Məlumata görə, mövsümün sonunda yarımmüdafiəçi Serci Buskets klubdan ayrıldıqdan sonra müdafiəçi Serci Roberto kataloniyalıların ilk kapitanı olacaq.
Bu mövsüm katalonların kapitanları Buskets və Robertodan başqa, Jordi Alba və Mark-Andre ter Ştegen idi.
Albanın klubdakı gələcəyi hələ də qeyri-müəyyəndir, lakin o, “Barsa”da oynamağa davam etsə belə, komanda dördüncü kapitanı seçməli olacaq. Məhz bu rola isə hazırda iki futbolçu iddia edir - hücumçu Robert Levandovski və müdafiəçi Ronald Arauxo.
Həm polyak, həm də uruqvaylı məşqçi Xavi tərəfindən dörd kapitan sırasına daxil edilmək üçün təsdiqlənib.
Mövsümöncəsi “Barselona”da dördüncü kapitanın seçimi ilə bağlı səsvermə keçiriləcək. Alba klubu tərk edərsə, Levandovski və Arauxo səs vermədə dörd kapitan sırasına daxil olacaqlar.
Müəyyən vəziyyətdə kapitanlar kvartetinə daha bir oyunçunun daxil olması mümkündür. Söhbət “Barsa”da kapitan sarğısını taxmaq arzusunu ifadə edən Usman Dembeledən gedir. Ancaq prosesin bütün iştirakçılarına yalnız Levandovski və Arauxo uyğun gəlir, ona görə də onlardan biri və ya hər ikisi mütləq komandada yeni status alacaqlar.
Mənbə: sports.ru

Çox oxunanlar