Bakıda güclü külək 37 ağacı sındırıb - FOTOLAR

Axşam saatlarından davam edən güclü külək nəticəsində saat 12.00-a olan məlumata əsasən Bakıda 37 ağac sınıb.
Bu barədə protest.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Qeyd olunub ki, həmçinin 23 ağacın budaqları qırılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları sınan ağac və qırılan budaqları görütərərək ərazini təmizləyirlər.
Xatırladaq ki, qeyri-sabit hava şəraiti fevralın 7-dək davam edəcək.

Çox oxunanlar