Şəmkirdə avtomobil piyadanı vurub öldürdü

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
protest.az-ın məlumatına görə, hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil orta yaşlı kişini vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hazırda onun kimliyi müəyyənləşdirilir. 
Faktla bağlı araşdırma aparılır.

Çox oxunanlar