Bir neçə gün əvvəl Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 440 m² olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektin mansardasında 30 m² sahədə əşyalar yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın zamanı yağınsöndürənlər və xilasedicilər tərəfindən 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
protest.az-ın əldə etdiyi məlumata görə, yanğında xəsarət alan şəxslərdən biri xəstəxanada həyatını itirib.
Məlumatı saytımıza açıqlamasında Kliniki Tibbi Mərkəz də təsdiqləyib.
"14.09.2025-ci il tarixdə Bakı şəhərinin Binəqədi rayonunda baş verən yanğın hadisəsi nəticəsində müxtəlif travmalarla 5 nəfər (3-ü kişi, 2-si qadın cinsli olmaqla) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya ediliblər. Onlara dərhal ilkin tibbi yardım göstərilib.
Göstərilən yardımlara baxmayaraq 2000-ci il təvəlllüdlü (kişi cinsli) şəxsin həyatını xilas etmək mümkün olmayıb. Digər şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - Mərkəzdən verilən açıqlamada bildirilib.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00