Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi

Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü  Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.
Polis əməkdaşları tərəfindən əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.

Çox oxunanlar