Erməni əsgər qəflətən öldü

Ermənistan Silahlı Qüvvələrinin hərbçisi qəfil dünyasını dəyişib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Avqustun 11-də Müdafiə Nazirliyinin N-ci hərbi hissəsinin hərbi qulluqçusu Vahe Qriqoryeviç Zakaryan qəfil dünyasını dəyişib”, - məlumatda deyilir.
Ölümün səbəbi ekspertizanın nəticələrinə əsasən müəyyən ediləcək.
Müdafiə Nazirliyi ölən əsgərin ailəsinə, yaxınlarına və hərbi qulluqçularına başsağlığı verib.

Çox oxunanlar