Tərtərdə tövlə yandı - 3 inək tələf oldu

Tərtərin Sarıcalı kəndində fərdi təsərrüfatda tələfatla nəticələnən yanğın baş verib.
protest.az xəbərə görə, hadisə rayonun Sarıcalı kənd sakini Səfərov Valehə məxsus təsərrüfatda olub.
Yanğın zamanı çardağa yığılan 2500 ot bağı və çardağın altında bağlı olan 3 baş inək yanaraq tələf olub.
Faktla bağlı araşdırma aparılır.

Çox oxunanlar