Türkiyənin Muğla vilayətinin valisi İdris Akbıyık cənub-qərb sahilində baş verən güclü zəlzələ ilə bağlı sosial şəbəkədə açıqlama verib.
protest.az xəbər verir ki, o bildirib ki, təşvişə düşən bir yeniyetmə həyatını itirib, 69 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
“Zəlzələdə panikaya düşərək həyatını itirən 14 yaşlı bir övladımız var”, – deyə vali bildirib.
İdris Akbıyık əlavə edib ki, yaralananlardan 46 nəfər xəstəxanaya yerləşdirilib. Yaralanmaların əksəriyyəti təşviş və hündürlükdən atılma səbəbindən baş verib.
****MUĞLA VALİSİNDƏN AÇIQLAMA: OLUMSUZ BİR VƏZİYYƏT YOXDUR
Muğla Valisi İdris Akbıyık sosial media paylaşımında aşağıdakı yazıb:
“Marmaris açıqlarında baş verən 5.8 maqnitudalı zəlzələ ilə əlaqədar olaraq, hazırkı anda vilayətimizdə hər hansı olumsuz bir vəziyyət müşahidə olunmayıb. Sahə üzrə yoxlama işləri davam etdirilir. Bütün vətəndaşlarımıza keçmiş olsun”.
***
DHA-nın Muğla müxbiri Cavit Akgün qeyd edib ki, zəlzələnin qısa sürməsi böyük bir fəlakətin qarşısını alıb. Zəlzələ anında insanlar çölə çıxıb. Cavit Akgün həmçinin bildirib ki, uzun zamandır bu qədər güclü bir zəlzələ hiss edilməmişdi.Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00