“Biz altı-yeddi il bir yerdə olmuşuq. Mənə hər zaman işgəncə verib, təhdid edib. Dəfələrlə ondan qaçıb başqa yerdə yaşamışam. Amma bunu çox adama bildirməmişəm. Onun bu hərəkətlərinə görə xəstəlik tapmışam. Özünü başqalarının yanında qayğıkeş göstərib, amma gizlində başqa cür olub".
protest.az xəbər verir ki, bunu Teleqraf-a Xalq artisti Naibə Allahverdiyeva keçmiş həyat yoldaşı Yusif İsmayılov haqqında danışarkən deyib.
Mənə dəfələrlə bıçaq vurub, mebelimi bıçaqla cırıb. Həmişə gizlin-gizlin məni güdürdü. Bir də görürdüm, blokda ayağımdan yapışdı. Yuxarı mərtəbədə gizlənirdi. Axırda mən də bezdim. Düşündüm ki, daha cəzasını çəkməlidir. Nə qədər ondan qorxmalıyam, yalan hərəkətlərinə, saxta gözyaşlarına inanmalıyam? Bu səbəbdən ondan şikayət etdim.
Ona 15 sutka həbs cəzası veriləndə bacısı mənə dedi ki, biz səni bütün Azərbaycana biabır edəcəyik. Dedi ki, həbsdən çıxandan sonra sənə planlar hazırlanır. Hadisə 9 gün öncə baş verib. Xəbəri mətbuata bacısı sızdırıb.
Dəfələrlə polisə müraciət etmişəm. İzahatı alınıb, buraxılıb, cəzalandırılmayıb. Bu dəfə cəzasını aldı. Mənm onunla heç vaxt barışmaram. Bu insandan uzaqlaşmaq istəyirəm. Bilmirəm xəstədir, nədir. Heç yerdə işləmir. İki-üç gün işləyib işdən çıxır. Mən də belə şeyi qəbul eləmirəm. Deyirdim ki, axmaq işlərlə məşğul olma. Çox şeyi danışmaq istəmirəm. Mən boşanmaq istəmirdim, fədakarlıq göstərirdim. Düşünürdüm ki, bəlkə düzələr. Dövlətimə güvənirəm. Mən bu adamdan uzaqlaşmaq istəyirəm".
Qeyd edək ki, Naibə Allahverdiyivanın həyat yoldaşı Yusif İsmayılovun inzibati qaydada həbsi barədə ilk məlumatı "Qaynarinfo" yayıb. Yusif İsmayılov aktrisanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb.
O, Naibə Allahverdiyevaya qarşı zor tətbiq etməkdə ittiham olunub. Hadisə Xaçmaz rayonunun Turist kəndində yerləşən, Xalq artistinə məxsus evdə baş verib. Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.
Məhkəmə araşdırmaları zamanı məlum olub ki, 5 may 2025-ci il tarixində cütlük evdə təmir-bərpa işləri aparmaq məqsədilə birlikdə Bakıdan Xaçmaza gediblər. Orada aralarında mübahisə yaranıb.
Naibə Allahverdiyeva ifadəsində bildirib ki, mübahisə Yusif İsmayılovun işləməkdən imtina etməsi və evdən getmək istəməsi ilə başlayıb. Daha sonra Yusif onu əvvəlcə şillə ilə vurub, sonra isə saçından və yaxasından dartaraq itələyib. Nəticədə aktrisanın üzü qapıya çırpılıb və xəsarət alıb.
Təqsirləndirilən şəxs isə 9 may 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhərinə qayıtmaq istəyərkən zərərçəkmiş şəxs ilə aralarında mübahisə düşdüyünü deyib. O, Naibə Allahverdiyevaya əl qaldırmadığını və onu qəsdən vurmadığını bildirib.
Məhkəmə onun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli olduğuna qərar verib və Yusif İsmayılov 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00