Avtomobil idman zalına çırpıldı - 25 yaşlı sürücü öldü

Bakıda avtomobil idarətmədən çıxaraq idman zalına girib.
protest.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
2000-ci il təvəllüdlü Orxan Qurbanovun idarə etdiyi "Azsamand" markalı avtomobil idman zalının içinə daxil olub. Sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti
Çox oxunanlar