Türkiyədəki aksiyalarda daha 97 nəfər saxlanılıb

Türkiyənin müxtəlif yerlərində dünən keçirilən etiraz aksiyaları zamanı daha 97 nəfər saxlanılıb.

protest.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya bildirib.
“Biz təxribatlara, vandalizmə və ölkəmizin sülh və təhlükəsizliyinə təhdidlərə yol verməyəcəyik.
Çağırışları ilə küçələri qorxutmağa çalışanlar heç vaxt məqsədlərinə çata bilməyəcəklər”, - o qeyd edib.
Qeyd edək ki, artıq bir neçə gündür ki, İstanbulun həbsdə olan müxalif bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək üçün Türkiyənin bir sıra şəhərlərində genişmiqyaslı etiraz aksiyaları keçirilir.

Çox oxunanlar