Sərnişin avtobusunun vurduğu piyada xəstəxanada ölüb

Bakıda sərnişin avtobusunun vurduğu piyada ölüb.
“Report” xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli-Sədərək yolunda qeydə alınıb.
Belə ki, “Daewoo BC090” markalı avtobus yolun ortasında qoşa xəttin üzərində dayanmış piyada, 1991-ci il təvəllüdlü Sərxan Rizvan oğlu Muradovu vurub.

Xəbər lenti
Çox oxunanlar