ABŞ-da neft emalı zavodunu ildırım vurdu: Güclü yanğın baş verdi

ABŞ-ın Luiziana ştatının Çarlz gölündə yerləşən neft emalı zavodunu ildırım vurması nəticəsində yanğın baş verib.
"Protest" xəbər verir ki, bu barədə NBC məlumat yayıb ."Luiziana ştatındakı neft anbarında ildırım vurması yanğına səbəb olub, nəticədə təxliyə başlayıb", - məlumatda deyilir.
Qeyd olunur ki, çənlərdən birinin alışıb.
Neft emalı zavodunun özü isə vəziyyəti şərh etməyib. Həmçinin insident nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
 

Xəbər lenti
Çox oxunanlar