Mayın 16-sı Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəlilabad rayon prokurorluğundan "Protest"ə verilən məlumata görə, aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü Məhəmməd Şahbazovun qeyd olunan tarixdə bacısı Rəqsanə Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, Məhəmməd Şahbazov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.

Dubaydakı Konsulluğumuz hərəkətə keçdi - Zeynəb Cavadlı məsələsi böyüyür
Su ehtiyatlarımız azalır: Azərbaycan 35 ölkəlik risk qrupundadır