İmtahana gedən tələbə universitetin yaxınlığında xəndəyə düşdü

19 yaşlı tələbə Əsgər Cabbarov imtahan verməyə gedən zaman universitetin qapısının bir neçə addımlığında qazılan xəndəyə düşüb.
protest.az Real TV-ə istinadla xəbər verir ki, onu huşsuz vəziyyətdə tələbə yoldaşları tapıblar.
Əsgər Cabbarov müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Əməliyyat olunandan sonra ambulator müalicə üçün evə buraxılıb.
Hadisənin ən ağrılı tərəfi isə bundan sonra baş verib. Zərərçəkən şəxsin anası Gülsarə Cabbarovanın sözlərinə görə, hadisənin səbəbkarı olan və ərazidə təmir-tikinti işləri aparan "Caspian Construction" şirkəti oğlunun vəziyyəti ilə bir dəfə də olsun maraqlanmayıb.
Kəllə-beyin travması alan və bir neçə əməliyyat keçirən gəncə kompensasiya da ödənilməyib.

Çox oxunanlar