Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyana parlament seçkilərində qələbə münasibətilə təbrik məktubu göndərib.
protest.az xəbər verir ki, təbrik məktubu Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının iyunun 7-də keçirilən parlament seçkilərində əldə etdiyi qələbə münasibətilə ünvanlanıb.
Ərdoğan məktubunda həm Türkiyə xalqı, həm də öz adından Paşinyanı təbrik etdiyini bildirib və onun üçüncü dəfə hökumət formalaşdırması prosesində uğurlar arzulayıb.
“Türkiyə xalqı və şəxsən öz adımdan Sizi 2026-cı il iyunun 7-də Ermənistan Respublikasında keçirilmiş parlament seçkilərində rəhbərlik etdiyiniz "Vətəndaş Müqaviləsi" Partiyasının qazandığı uğur münasibətilə səmimi qəlbdən təbrik edir, üçüncü dəfə hökumət formalaşdırmaq işində uğurlar arzulayıram”, – deyə məktubda qeyd olunub.
Türkiyə lideri həmçinin Paşinyanın regionda davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş strateji baxışının uğurla həyata keçəcəyinə inandığını vurğulayıb.
“Regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması, eləcə də bu istiqamətdə zəruri əməkdaşlığın təmin edilməsi ilə bağlı strateji baxışınızın uğurla nəticələnəcəyinə tam inanıram”, – deyə Ərdoğan bildirib.
Məktubun sonunda Türkiyə Prezidenti Paşinyana cansağlığı və firavanlıq, Ermənistan xalqına isə rifah və xoşbəxtlik arzulayıb.
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00