Fransada 19 yaşlı Əfqanıstan əsilli gənc heyvanlara qarşı cinsi zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.
protest.az xarici KİV-ə istinadən xəbər verir ki, istintaq materiallarına əsasən, onun hərəkətlərindən azı 6 qoyun və keçi zərər çəkib. Bəzi heyvanların isə dəfələrlə zorakılığa məruz qaldığı bildirilir.
Şübhəli Marsel şəhəri yaxınlığında yerləşən Le-Pen-Mirabo qəsəbəsində saxlanılıb. “Maritima” radiosunun məlumatına görə, o, birbaşa cinayət başında – baxımsızlıqdan əziyyət çəkmiş heyvanların reabilitasiyası üçün nəzərdə tutulan təlim fermasında yaxalanıb.
Bildirilir ki, ilk hadisələr fevral ayında qeydə alınıb. Ferma direktoru Kassandra Sortino baş verənləri belə şərh edib:
“Şok içində idik. Heç düşünməzdik ki, kimsə heyvanlara qarşı belə davranar. Gənc bir qoyun üç dəfə hücuma məruz qalıb. Bir epizodda aldığı xəsarətlər o qədər ağır idi ki, onu itirəcəyimizi düşündük”.
Hadisədən sonra əraziyə real vaxt rejimində görüntü ötürən videokameralar quraşdırılıb. Məhz bu kameralar vasitəsilə şübhəli növbəti dəfə cinayət törədərkən yaxalanıb.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00