Ordumuzun zabiti vəfat etdi

Azərbaycan Ordusunun baş giziri Bəhruz Bəybala oğlu Cəfərov vəfat edib.
 
protest.az xəbər verir ki, hərbçi ürəktutmasından ölüb.
 
Qeyd edək ki, əslən Neftçaladan olan Bəhruz Cəfərov 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Vətən Müharibəsində, 2022 və 2023-cü illərdə Antiterror əməliyyatlarında iştirak edib.
 
O, "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.
 
Ailəli olub, 2 övladı var.

Çox oxunanlar