Ermənistan Respublika Partiyası qarşıdan gələn seçkilərdə iştirakdan imtina etdiyini açıqlamayıb- deyə, siyasətçi qeyd edib.
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı impiçment mexanizmini işə salmaqdan imtina etmək ciddi siyasi səhv olardı. Ermənistan parlamentinin keçmiş vitse-spikeri, Respublika Partiyasının nümayəndəsi Eduard Şarmazanov buna əmindir.
"İmpiçment mexanizmindən istifadə etməmək həm müxalifət, həm də xalq üçün böyük lüks, siyasi hesablamalarda səhv olardı. Mən onların yerində olsaydım ("Ermənistan" parlament fraksiyasını nəzərdə tutur - red.) sənədi imzalayardım", - Şarmazanov jurnalistlərə deyib.
Siyasətçinin qeyd etdiyi kimi, ERP heç vaxt seçkilərdə iştirakdan imtina etdiyini açıqlamayıb, sadəcə olaraq, bu məsələni hələ müzakirə etmədiklərini bildirib.
Şarmazanov həmçinin hazırkı hakimiyyəti Türkiyə və Azərbaycanın maraqlarına xidmət etməkdə ittiham edib.
Onun sözlərinə görə, hazırkı hakim elita Ankara və Bakının dövlət siyasətinə əsaslanan kurs aparır və Ermənistan dövlətçiliyinin de-yure itirilməsinə gətirib çıxaran sonsuz tələbləri yerinə yetirir.
Şarmazanov xatırladıb ki, Ermənistan Respublikasının 240 kvadrat kilometr ərazisi, Goris-Kafan yolunun 21 kilometri, Qara gölün 30 faizi və Cermukdakı mövqelər artıq işğal olunub.
ERP, məlum olduğu kimi Nikol Paşinyanın impiçmenti prosesinin təşəbbüskarı olub və yaxın vaxtlarda parlamentdə bu məsələ ilə bağlı dinləmələr keçirə bilər.
Ermənistan qanunlarına görə, impiçment prosesinə başlamaq üçün təşəbbüskarlar baş nazir postuna öz namizədlərini irəli sürməlidirlər. Ərizə 36 imza olduqda müzakirə oluna bilər. Hökumət başçısına etimad göstərməmək üçün 107 deputatdan azı 54-ü impiçmentə səs verməlidir.
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30