Papa, Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayır

 
Roma Papası XIV Leo, Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmanı alqışlayıb və bunun Qafqazda sülhə töhfə verəcəyinə ümid etdiyini bildirib. Onun sözlərini Vatican News sitat gətirir.
Avqustun 8-də ABŞ, Ermənistan və Azərbaycan liderləri Vaşinqtonda İrəvanla Bakı arasında münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar.
"Mən Ermənistan və Azərbaycanı birgə sülh sazişinin bağlanması münasibətilə təbrik edirəm. Ümid edirəm ki, bu hadisə Cənubi Qafqazda möhkəm və davamlı sülhə töhfə verəcək", - bunu Papa, Vatikanın "Müqəddəs Pyotr" meydanında, ənənəvi bazar günü xütbəsindən sonra deyib.
Pontifik həmçinin dindarları bütün müharibələrin sona çatması üçün də dua etməyə çağırıb.

Çox oxunanlar