Pornoulduz Trampı məhkəməyə verdi

Manhetten Prokurorluğu Donald Trampa, keçmiş prezidentin porno ulduz Storm Danielsin susqunluğuna görə pul ödəməsindəki rolu ilə əlaqədar cinayət məsuliyyətinə cəlb oluna biləcəyini söylədi. Bu barədə cümə axşamı The New York Times-da adı açıqlanmayan dörd mənbəyə istinadən məlumat verilib.

Keçmiş prezidentə istəsə gələn həftə ifadə verə biləcəyi bildirilib.

Məsələ ilə bağlı Manhetten Prokurorunun sözçüsü şərh verməkdən imtina edib. Trampı təmsil edən vəkillər isə şərh tələblərinə dərhal cavab verməyiblər.

Xatırladaq ki, Daniels, keçmiş prezidentlə cinsi əlaqədə olduğunu və bunun müqabilində 2016-cı il prezident seçkilərindən əvvəl 130.000 dollar aldıbğını söyləyib.

Trumpın keçmiş vəkili Mikael Cohen, Daniels və başqa bir qadın, keçmiş Playboy modeli Karen McDougalın səssizliyinə görə ödəmələr təşkil etdiyinə görə New York Federal Məhkəməsində üç il həbs cəzasına məhkum edilmişdi.

2024-cü ildə yenidən Respublikaçılar tərəfindən prezidentliyə namizəd göstərilməsini istəyən Tramp, 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdləri ilə əlaqədar olaraq çoxsaylı hüquqi problemlər və araşdırmalarla qarşılaşır

Çox oxunanlar