protest.az xəbər verir ki, məlumata görə, 1978-ci ildə tikilmiş 12 mərtəbəli hotelin sökülməsi barədə qərar Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin mütəxəssisləri tərəfindən aparılmış ekspertizanın nəticələrinə əsasən qəbul edilib.
Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-də gecə baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-də matəm elan edilib.