Gürcüstan müdafiə naziri Cuanşer Burçuladzenin Azərbaycana səfəri, Prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşü ikitərəfli münasibətlərdə bəzi təxirəsalınmaz tədbirlər üçün yeni baza yaradılmasından xəbər verir. Bunu daha aydın şəkildə səfər çərçivəsində iki ölkə arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə axtara bilərik.
Regionda sürətlə dəyişən siyasi və təhlükəsizlik mənzərəsini nəzərə alaraq Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı diqqətəlayiq və vacibdir.
Bəs sual olunur, Burçuladze niyə indi Azərbaycana səfər etdi? Bu sual Azərbaycanın Laçın rayonunun Ermənistanla birləşən sıfır nöqtəsində sərhəd-buraxılış məntəqəsi qurmasından sonra regionda başlaya biləcək yeni hadisələrə qarşı müdafiə immuniteti kimi başa düşülməlidir.
Məsələnin açması bu ola bilər ki, Gürcüstan regionda başlayacaq yeni proseslərdə mərkəzi mübarizə meydanına çevriləcəyini düşünür.
Ancaq Gürcüstan dövlət müstəqilliyini, suverenliyini yad təhdidlərdən qorumaq üçün Azərbaycana və onun strateji müttəfiqi Türkiyəyə əşhədü-ehtiyac duyur.
Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının dərinləşməsindəki təhlükəsizlik elementləri birgə enerji-nəqliyyat layihələrini də sığortalayır.
Gürcüstan üçün isə təhdidlər qalmaqdadır, çünki iki ərazi münaqişəsindən əziyyət çəkir, üstəgəl Rusiyanın aşkar təhdidləri Qərbi də regionda aktivləşdirir. Buna görə də, Rusiya-Qərb qarşıdurmasının qırmızı xətləri indi daha çox Gürcüstanda kəsişir.
Regiondakı geosiyasi mənzərənin mürəkkəbliyi Azərbaycan-Türkiyə-Gürcüstan bloku üzrə hərbi-siyasi müdafiə sistemlərinə yeni baxışı aktuallaşdırır.
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00