Şok! G20 sammitində Putinə etiraz olaraq toplum foto çəkilişi baykot edildi

G20 sammitində Ukraynaya görə toplum fotoşəkil çəkdirməkdən imtina edildi
G20 sammitində ənənəvi toplum foto ləğv edilib. Bu ilk dəfədir ki, baş verir. Tədbir İndoneziyanın Bali adasında keçiriləcək. Protest. az "Kiyodo" agentliyinə istinadən xəbər verir ki, buna səbəb iştirakçıların Ukraynadakı vəziyyətlə bağlı fikir ayrılığı olub. Məlumdur ki, Rusiya nümayəndə heyətinin sammitdə iştirakına görə Avropa ölkələri və ABŞ nümayəndələri toplum foto çəkilişinə qarşı çıxıblar. Onlar Putinlə bir sırada dayanmaqdan imtina ediblər.
Hələliksə Rusiya nümayəndə heyətinənə Sergey Lavrovun başçılıq edəcəyi bildirilir. Sammit noyabrın 15 və 16-da İndoneziyanın Bali adasında keçiriləcək.

Xəbər lenti
Çox oxunanlar