Azərbaycanda “Temu” sahibi barəsində iş qaldırılıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi barədə rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.
protest.az Dövlət Agentliyinin açıqladığı “2026-cı il üzrə hökmran mövqedən sui-istifadə ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlər barədə məlumat”a istinadən xəbər verir ki, barəsində iş qaldırılan “PDD Holdings” şirkətidir.
Bildirilib ki, “PDD Holdings” şirkəti “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti tətbiq etməklə hökmran mövqeyindən sui-istifadə edib.
Daxili müraciət əsasında rəqabət orqanının öz təşəbbüsü ilə aparılan araşdırma nəticəsində şirkətin Azərbaycan Rəqabət Məcəlləsinin 16.2.1 (aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi), 16.2.7 və 16.2.8-ci maddələrinin tələblərini pozmasına dair əlamətlər müəyyən edilib.
Agentlyin açıqlamasında əlavə edilib kiç hazırda işə baxılması davam edir.

Çox oxunanlar