Paradda Ermənistan Silahlı Qüvvələrinin arsenalında olan yerli istehsal olan hərbi texnika nümayiş olunacaq.
28 mayda İrəvanda Ermənistanın Birinci Respublikası Gününə həsr olunmuş bayram tədbirləri keçiriləcək. Mərkəzi tədbirlərdən biri hərbi parad olacaq.
Hərbi texnika artıq məşqlər üçün Ermənistan paytaxtının mərkəzinə gətirilib. Ermənistan Hərbi Hava Qüvvələrinin Su-25 hücum təyyarələri hazırda İrəvan səmasında təlim uçuşları həyata keçirir.
Bir müddət əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan paradda Ermənistan istehsalı olan hərbi texnika və silahların - dronlardan və radar sistemlərindən tutmuş rabitə avadanlıqlarına və digər avadanlıqlara qədər - nümayiş etdiriləcəyini açıqlamışdı.
Nazirin sözlərinə görə, qarşıdan gələn parad müdafiə sektorunda görülən işlərin ictimai hesabatı olacaq. "Əvvəllər ictimaiyyətə heç vaxt göstərilməyən bütün silahları və hərbi texnikanı nümayiş etdirəcəyik - onları əldə etmişik, amma heç vaxt göstərməmişik", - Papikyan bildirib.
O, aydınlaşdırdı ki, bu, əsasən 2022-2025-ci illər arasında alınan silahlarla bağlıdır.
Xatırladaq ki, Ermənistanda əvvəlki hərbi parad 21 sentyabr 2016-cı ildə baş tutmuş və ölkənin müstəqilliyinin 25-ci ildönümünə təsadüf etmişdi.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00