Paşinyandan bayrağımızı yandıran şəxslə bağlı tapşırıq

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan bayrağının yandırılması ilə bağlı göstəriş verib. 

Bu barədə teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, N.Paşinyan İctimai Televiziyaya (OT) Azərbaycan bayrağını yandırdığına görə stilistika studiyasının rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

Çox oxunanlar