Fransanın Baş naziri Sebastyan Lökornü mümkün siyasi böhran ssenarisini nəzərə alaraq, Daxili İşlər Nazirliyinə ehtimal olunan növbədənkənar parlament seçkilərinin bələdiyyə seçkiləri ilə eyni tarixlərdə – 15 və 22 martda – təşkilinə hazırlıq görülməsi barədə göstəriş verib.
protest.az xəbər verir ki, bu barədə icra hakimiyyətindəki mənbəyə istinadla “franceinfo” məlumat yayıb və xəbər AFP-nin məlumatını təsdiqləyib.
Məlumata görə, hökumət hazırda həm ifrat sağçı Milli Birlik (Rassemblement National -RN), həm də “Əyilməz Fransa” (La France insoumise -LFI) partiyaları tərəfindən etimadsızlıq təhlükəsi ilə üz-üzədir. Belə bir etimad səsverməsinin qəbul edilməsi halında, Milli Assambleyanın buraxılması və ardınca növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmə gələ bilər.
Bu ssenari reallaşarsa, fransız seçicilər eyni vaxtda iki seçkidə – həm bələdiyyə, həm də parlament seçkilərində – səs verməli olacaqlar. Hökumət daxilindəki mənbələrə görə, Lökornü bu ehtimalı istisna etmir və seçki prosesinin texniki cəhətdən problemsiz təşkili üçün indidən hazırlıq aparılmasını istəyir.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00