Son günlər Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlıların həlak olması və itkin düşməsi ilə bağlı məlumatların sayı artmaqda davam edir.
protest.az xəbər verir ki, dekabrın 13-dən etibarən müxtəlif döyüş istiqamətlərində iştirak edən daha bir neçə azərbaycanlı həlak olub və ya itkin düşüb. Onlardan 12-si Rusiya tərəfində, 1-i isə Ukrayna ordusunun tərkibində vuruşub.
Əslən azərbaycanlı, 1988-ci il təvəllüdlü Bayramov Xanlar Bayram oğlu 3 may 2025-ci il tarixindən etibarən Ukraynada gedən döyüşlər zamanı itkin düşüb. O, Rusiya Silahlı Qüvvələrinin 91701 nömrəli hərbi hissəsinin 2-ci taboru, 6-cı bölüyü, 4-cü tağımında xidmət edib. Xanlar Bayramov əslən Gürcüstan azərbaycanlısıdır, Gürcüstan Respublikasının Bolnisi rayonunun Darvaz kəndində anadan olub. Rusiya Federasiyasının vətəndaşı olan hərbçi Luqansk vilayətinin Novomixaylovka istiqamətində itkin düşüb.
Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Yasin Cəfərov Ukraynada gedən döyüşlərdə Rusiya tərəfdən vuruşarkən həlak olub. Məlumata görə, sentyabrın 22-dən etibarən onunla əlaqə kəsilmişdi. Dekabrın 13-də Yasin Cəfərovun nəşi tapılıb, dekabrın 16-da isə cənazəsi Gəncə şəhərinə gətirilərək dəfn edilib. Mərhum Rusiya vətəndaşı olub, əslən Kəlbəcər rayonundandır. Onun bir oğlu yadigar qalıb.
Goranboy rayon sakini Kərimov Dilsuz Həqverdi oğlu Rusiya–Ukrayna müharibəsində həlak olan daha bir həmyerlimizdir. O, Rusiya Müdafiə Nazirliyinin tərkibində hərbi əməliyyatlarda iştirak edib və ölümündən sonra Rusiya prezidenti Vladimir Putin tərəfindən “İgidliyə görə” (“Orden Mujstva”) ordeni ilə təltif olunub.
Qazax rayonunun Quşçu Ayrım kənd sakini Məmmədov Sənani Əziz oğlu Ukraynada gedən döyüşlərdə itkin düşüb. O, Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qatılıb.
Sumqayıt şəhər sakini Musayev Əfqan Sahabin oğlu da Ukraynada gedən müharibədə itkin düşüb. O, Rusiya Silahlı Qüvvələrinin tərkibində xidmət edib. Ailəsi onunla bağlı uzun müddətdir məlumat ala bilmir. Yaxınlarının bildirdiyinə görə, sonuncu dəfə ailəsi ilə əlaqə saxlayarkən Kamensk-Şaxtinski istiqamətində olduğunu deyib.
Ukraynada gedən döyüşlərdə əslən azərbaycanlı Qafarov Davud Xanağa oğlu da itkin düşüb. O, Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərdə iştirak edib. Ailəsi dekabr ayından etibarən ondan xəbər ala bilmir.
Neftçala rayon sakini Axundov Şəhriyar Yaşar oğlu da Ukraynada gedən müharibədə itkin düşənlər sırasındadır. Məlumata görə, o, həbsxanadan azad edildikdən sonra Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynaya göndərilib.
Qasımov Samir Rasim oğlu isə müharibədə Ukraynanın azadlığı və suverenliyi uğrunda döyüşlərdə həlak olub. Döyüşlərdə fərqləndiyinə görə o, Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən “Ukraynanın Müdafiəsi” medalı ilə təltif edilib. Samir Qasımovun Mukaçevo şəhərində dəfn olunacağı bildirilir.Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00