Qəzzaya Yasir Ərəfatın qardaşı oğlu rəhbərlik edəcək? - FOTO

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə açıqladığı 20 maddəlik Qəzza planı Yaxın Şərq diplomatiyasının əsas mövzusuna çevrilib.
Trampın təklifi Qəzzanın gələcək statusunu köklü şəkildə dəyişməyi nəzərdə tutur.
Sənədə görə, bölgə radikalizmdən tam təmizlənməli, beynəlxalq nəzarət altında müvəqqəti idarəetmə strukturu qurulmalı, iqtisadi inkişaf üçün xüsusi proqram qəbul edilməli, həmçinin İsrail və Fələstin arasında yeni siyasi üfüq açılmalıdır.
Planın ilk bəndlərində müharibənin dərhal dayandırılması, İsrail qoşunlarının razılaşdırılmış xətlərə çəkilməsi və bütün girovların azad olunması nəzərdə tutulur.
İsrail tərəfinin 72 saat ərzində sağ və həlak olmuş bütün girovları geri alması müqabilində, 250 ömürlük məhbus və 1700 fələstinli, o cümlədən qadın və uşaqlar azad ediləcək. Bundan sonra Qəzzaya genişmiqyaslı humanitar yardım daxil olmalı, dağıdılmış infrastruktur, xəstəxanalar və sosial obyektlər bərpa edilməlidir.
protest.az xəbər verir ki, ən diqqətçəkən məqamlardan biri Qəzzanın müvəqqəti olaraq texnokratlardan ibarət, apolitik fələstinli komitə tərəfindən idarə olunmasıdır. Bu qurum beynəlxalq nəzarət altında fəaliyyət göstərəcək, maliyyələşmə isə “Sülh Şurası” adlı yeni mexanizm vasitəsilə həyata keçiriləcək. Tramp özü bu orqana rəhbərlik etməyi planlaşdırır, sabiq Britaniya baş naziri Toni Bleyerin də Şuraya daxil olacağı açıqlanıb.

Çox oxunanlar