Ukrayna prezidenti Vladimir Zelenski faşizm üzərindəki qələbənin 80-ci ildönümünün qeyd edilməsilə bağlı Rusiyanın müvəqqəti atəşkəs təklifini rədd edib.
protest.az-ın məlumatına görə, Zelenski deyib ki, Kiyev mayın 9-da Moskvaya parad üçün gələcək xarici nümayəndə heyətlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.
“Ukrayna Rusiya prezidentinin mayın 9-da beynəlxalq təcriddən çıxmasına imkan verəcək əlverişli atmosferin yaradılmasında iştirak etmək niyyətində deyil”, - Zelenski bildirib.
O, həmçinin deyib ki, Ukraynanın mayın 9-da Rusiyaya səfər etmək niyyətində olan ölkələrlə bağlı mövqeyi birmənalıdır.
"Biz Rusiya Federasiyasının ərazisində baş verənlərə görə məsuliyyəti öz üzərimizə götürə bilmərik. Təhlükəsizliyi təmin etmək onların məsuliyyət sahəsidir", - Zelenski qeyd edib.
Ukrayna prezidenti 30 günlük atəşkəsdə israr edib.
Daha əvvəl Kreml Rusiya prezidenti Vladimir Putinin qərarı ilə mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-a qədər atəşkəsin tətbiq ediləcəyini açıqlamışdı. Oxşar atəşkəs Pasxa bayramında artıq elan edilmişdi.
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00