protest.az xəbər verir ki, buna səbəb isə onun salamlama jestinin nasist salamı kimi dəyərləndirilməsi idi.
"Bu salamın Hitlerə, nasist Almaniyasına heç bir dəxli yoxdur. Qədim Roma salamlamasıdır. Əl döşə gedir, qarşındakı insana, ya kütləyə açılır, "ürəyim sizinlədir" kimi məna verir.
Nasist Almaniyasında isə farağatda düz durursan, birdən əl yuxarı qalxır. İtalyanlardan oğurlayıb, dəyişiblər. Guya o vaxtı germanlar kralı nizə qaldırmaqla qarşılayırdılar. Bunun əvəzinə qol qalxır.
Maskın etdiyi salamlama ABŞ-də 1892-ci ildən 1942-ci ilə qədər məktəblərdə tələbələrin bayrağa, dövlətə and içməsi zamanı istifadə edilib".
O.Atabəyin nasist salamlaşmasının bütün dünyada qadağan edildiyini xatırladıb:
"Gələk faşist, nasist söhbətinə. Almanların Nasist idealogiyası dünyanın bütün ölkələrində qadağandır. Hitler salamlaması təkcə Hizbullah daxilində istifadə edilir.
Faşizm idealogiyasından bir çox terminlərin isə başda Amerika, İtaliya, Polşa, Macarıstan, Braziliya, Argentina olmaqla çox ölkədə istifadəsinə icazə var".
Billurə Yunus