ABŞ Dövlət Departamenti ölkə daxilində və xaricdəki missiyalara ABŞ milli bayrağından başqa hər hansı bayraq nümayiş etdirməyi qadağan edib.
protest.az xəbər verir ki, bu barədə müvafiq memorandumun surətini əldə edən mühafizəkar "Washington Free Beacon" portalı məlumat yayıb.
“Bu gündən etibarən həm ölkə daxilində, həm də xaricdəki Amerika qurumlarında yalnız Amerika Birləşmiş Ştatlarının bayrağı dalğalana və ya nümayiş etdirilə və ABŞ hökumətinin materiallarında istifadə oluna bilər”, - portal sənəddən çıxarışa istinad edək yazıb.