Məşhur onlayn pulsuz kitabxana bağlanır

2009-cu ildə yaradılmış və kultlaşmış məşhur pulsuz onlayn kitabxana "Flibusta" yaxın zamanda mövcudluğuna son qoyacaq.
protest.az bildirir ki, bu barədə layihənin "Stiver" ləqəbli yaradıcısı öz bloqunda məlumat verib.
Onun sözlərinə görə, buna səbəb səhhətində yaranan problemlərdir:
"Bu, Stiverdir. Mən xəstəxanadayam, böyükölçülü glioblastoma (beyin şişi - red.) ilə. Təəssüf ki, "Flibusta" bununla bitdi, elə mənim özüm kimi... Hamıya təşəkkür edirəm, əyləncəli idi. Serverlər hələ bir neçə həftəliyə ödənilib", - deyə o bildirib.
Qeyd edək ki, "Flibusta" "Librusek" kitabxanasının forku olaraq 2009-cu ilin payızında işə salınıb.

Çox oxunanlar